ABŞ-ın 24 ştatında keçirilən ilkin seçkilərdə Con Makkeyn və Hillari Klinton rəqiblərini üstələyiblər

ABŞ-ın 24 ştatında keçirilən ilkin seçkilərdə Con Makkeyn və Hillari Klinton rəqiblərini üstələyiblər
# 06 fevral 2008 09:09 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, demokratlar daxilindəki yarışda səslərin sayına görə senator Hillari Klinton, respublikaçılar daxilindəki mübarizədə isə senator Con Makkeyn öndə gedirlər. İlkin xəbərlərə əsasən demokrat namizədlər - Barak Obama 12 ştatda (Corciya, İllinoys, Delaver, Alabama, Kanzas, Yuta, Şimali Dakota, Konnektikut, Minnesota, Kolorado, Missuri, Aydaho), Hillari Klinton isə 8 ştatda (Kaliforniya, Nyu-York, Tennesi, Oklahoma, Arkanzas, Massaçusets, Nyu-Cersi, Arizona) qalib gəlib. Ancaq H. Klinton Kaliforniya, Nyu-York və Nyu-Cersi kimi iri ştatlarda qələbə qazandığı üçün B. Obamadan daha çox səs toplayıb. Respublikaçı namizədlər Con Makkeyn 9 ştatda (Kaliforniya, Nyu-York, Nyu-Cersi, İllinoys, Konnektikut, Delaver, Oklahoma, Arizona, Missuri), Mitt Romni 6 ştatda (Massaçusets, Yuta, Şimali Dakota, Montana, Kolorado, Minnesota), Mayk Hakkabi isə 5 ştatda (Alabama, Qərbi Virciniya, Arkanzas, Corciya, Tennesi) zəfər qazanıb. CNN-in hesablamalarına əsasən H. Klinton indiyədək demokratların ümummilli qurultayına 656 nümayəndə göndərmək hüququ qazanıb. Barak Obamanı dəstəkləyən qurultay nümayəndələrinin sayı 519-dur. Respublikaçıların ümummilli qurultayına isə indiyədək C. Makkeyni dəstəkləyən 475 nümayəndə, M. Romnini dəstəkləyən 151 nümayəndə, M. Hakkabini dəstəkləyən 105 nümayəndə seçilib. Ancaq “super çərşənbə axşamı” da hər iki tərəfdə mütləq qalibi müəyyən etməyib. Yarışın bütün iştirakçıları mübarizəni davam etdirəcəklərini açıqlayıblar.
Qeyd edək ki, ümummilli qurultayların nümayəndələrinin yarıdan çoxunun dəstəyini qazanan namizədlər “praymeriz”in qalibi olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR