ABŞ-da kütləyə atəş açılıb, 2 nəfər ölüb, onlarla insan yaralanıb

Mayami, atışma baş verən məkan

© APA | Mayami, atışma baş verən məkan

# 30 may 2021 15:31 (UTC +04:00)

ABŞ-da atışma olub.

APA-nın ABC telekanalına istinadən verdiyi məlumata görə, 3 naməlum şəxs Mayamidə konsert üçün icarəyə götürülmüş açıq məkana toplaşmış kütləyə atəş açıb.

Nəticədə 2 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Atəş açan şəxslər hadisə yerindən ağ rəngli minik avtomobili ilə uzaqlaşıblar.

Polis hazırda cinayətkarları axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR