ABŞ-da mənzildə partlayış baş verib, 3-ü uşaq olmaqla 6 nəfər yaralanıb

ABŞ-da mənzildə partlayış baş verib, 3-ü uşaq olmaqla 6 nəfər yaralanıb
# 20 iyul 2021 07:36 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Dallas şəhəri yaxınlığında mənzildə baş verən partlayış nəticəsində azı altı nəfər yaralanıb.

APA “Fox News”a istinadən xəbər verir ki, hadisə bazar ertəsi yerli vaxtla 16:45-də (Bakı vaxtı ilə 20 iyul, saat 00:45-də) qeydə alınıb.

Partlayış nəticəsində bina tamamilə dağılıb və yaxınlıqdakı üç evə ziyan dəyib.

Yaralılardan üçü azyaşlıdır. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR