ABŞ-da miqrantları daşıya avtobus aşıb, 11 nəfər ölüb, 12 nəfər yaralanıb

ABŞ-da miqrantları daşıya avtobus aşıb, 11 nəfər ölüb, 12 nəfər yaralanıb
# 05 avqust 2021 04:46 (UTC +04:00)

ABŞ-ın Texas ştatında miqrantları daşıyan mikroavtobus aşıb.

APA NBC telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində azı 11 nəfər ölüb, 12 nəfər yaralanıb.

Qəza Meksika ilə sərhəddən bir neçə on kilometr aralıda yerləşən Bruks dairəsində baş verib.

Hazırda yaralılar helikopterlərlə xəstəxanalara çatdırılır, onların vəziyyəti, habelə qəzanın başvermə səbəbləri barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR