ABŞ-da sərnişin təyyarəsi sərt eniş edib, 7 nəfər xəstəxanaya yerləşdirilib

ABŞ-da sərnişin təyyarəsi sərt eniş edib, 7 nəfər xəstəxanaya yerləşdirilib
# 10 sentyabr 2021 08:23 (UTC +04:00)

ABŞ-ın Massaçusets ştatının Provinstoun şəhərində “Cape Air” aviaşirkətinə məxsus kiçikhəcmli sərnişin təyyarəsi sərt eniş edib.

APA xəbər verir ki, bu barədə şəhər meri Aleks Morze “Facebook” səhifəsində bildirib.

Sərt enişə səbəb əlverişsiz hava şəraiti olub. Təyyarədə olan 6 sərnişin və 1 pilot xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR