ABŞ-ın Ohayo ştatında silahlı insident olub, ölənlər və yaralananlar var

ABŞ-ın Ohayo ştatında silahlı insident olub, ölənlər və yaralananlar var
# 13 iyun 2021 06:15 (UTC +04:00)

ABŞ-ın Klivlend şəhərində (Ohayo ştatı) naməlum şəxs odlu silahla üç nəfəri öldürüb, daha dörd nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Fox News” telekanalı şəhərin polis idarəsinə istinadən məlumat yayıb.

Ölənlərdən biri hadisə yerində keçinib, altı isə nəfər xəstəxanaya yerləşdirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin digər təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR