BMT “Taliban”ın bir sıra sərhəd məntəqələrini ələ keçirməsindən narahatlığını ifadə edib

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik

© APA | BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik

# 10 iyul 2021 01:16 (UTC +04:00)

“Əfqanıstandakı vəziyyət getdikcə daha çox narahatlıq doğurur”.

APA xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik Əfqanıstanın İran və Tacikistanla sərhədində “Taliban” silahlıları tərəfindən bir sıra sərhəd-keçid məntəqələrini ələ keçirməsini şərh edərkən bildirib.

Stefan Dujarrik qeyd edib ki, Əfqanıstandakı hərbi vəziyyət və davam edən döyüşlər bizi getdikcə daha çox narahat edir: “Bütün tərəflərin razılığa gəlmək üçün səylərini artırması vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR