Braziliya prezidenti karantinə alınıb

Braziliya prezidenti Jair Bolsonaru

© APA | Braziliya prezidenti Jair Bolsonaru

# 23 sentyabr 2021 03:58 (UTC +04:00)

Braziliya prezidenti Jair Bolsonaru karantinə alınıb.

APA xəbər verir ki, buna səbəb BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a gələn braziliyalı heyət arasında ölkənin səhiyyə naziri Marselo Keyroqanın koronavirusa yoluxması olub.

Bundan sonra heyətin digər üzvləri ilə birgə prezident Bolsonaru da təcrid edilib. Həmin heyətin 5 gün karantində qalacağı və həftə sonu yeni COVID-19 testi verəcəyi açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR