Braziliyada son bir gündə 99 minədək insanda COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 99 minədək insanda COVID-19 aşkarlanıb
# 19 iyun 2021 06:53 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 98 832 nəfərin koronavirus infeksiyasına yoluxması, 2495 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 17 801 462 nəfər yoluxub. Bu müddət ərzində 498 499 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 16 136 968 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR