Braziliyada son sutkada 2 mindən çox insan COVID-19-dan ölüb

Braziliyada son sutkada 2 mindən çox insan COVID-19-dan ölüb
# 25 iyun 2021 07:53 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 73 602 nəfərin koronavirus infeksiyasına yoluxması, 2032 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 18 243 483 nəfər yoluxub. Bu müddət ərzində 509 141 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 16 511 701 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR