Kanadada məcburi COVID-19 peyvəndinə qarşı etiraz aksiyaları keçirilib

Kanadada məcburi COVID-19 peyvəndinə qarşı etiraz aksiyaları keçirilib
# 02 sentyabr 2021 07:21 (UTC +04:00)

Kanadanın müxtəlif bölgələrində vətəndaşların müəyyən kateqoriyalarının məcburi peyvənd olunması, eləcə də COVİD pasportlarının tətbiqinə qarşı etiraz aksiyaları keçirilib.

APA CBC telekanalına istinadən xəbər verir ki, ən böyük aksiya Vankuverdə (Britaniya Kolumbiyası) baş tutub.

Aksiyada 5 min iştirakçı olub. Britaniya Kolumbiyası bütün səhiyyə işçilərinin 31 oktyabr tarixinə qədər məcburi koronavirus peyvəndləri almalı olduqlarını açıqlayıb.

Etirazlar bölgədəki Kamlups, Viktoria və Nanaimo kimi digər şəhərlərdə də keçirilib. Etirazçılar hesab edirlər ki, hakimiyyət bu cür hərəkətləri ilə həm Kanada Hüquq və Azadlıqlar Xartiyasını, həm də yerli qanunlarla təmin edilən hüquqlarını pozur.

Bəzi etirazçılar hakimiyyətin hərəkətlərini irqi ayrı -seçkilik dövrü və nasist Almaniyasındakı nizamla müqayisə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR