KİV: Meksika körfəzindəki neft platformasında baş verən partlayış nəticəsində 6 nəfər yaralanıb

KİV: Meksika körfəzindəki neft platformasında baş verən partlayış nəticəsində 6 nəfər yaralanıb
# 23 avqust 2021 05:12 (UTC +04:00)

Şənbə günü Meksika körfəzində “Ciudad del Carmen”dən 100 km aralıda yerləşən “Petroleos Mexicanos” (Pemex) şirkətinin “Ku-Alfa” neft platformasında partlayış olub.

APA yerli mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

“Pemex”dən bildirib ki, hadisə ilə bağlı hələ rəsmi hesabat hazırlanmayıb.

Qeyd edək ki, “Ku-Alpha” dəniz platforması böyük “Ku Maloob Zaap” kompleksinin bir hissəsi olaraq fəaliyyət göstərir. Bura gündə təxminən 640 min barel neft hasil edən ən böyük Meksika yataqlarından biridir. Yatağın ehtiyatları 4,9 milyard barel olaraq qiymətləndirilir.

Xatırladaq ki, iyulun əvvəlində neft hasilatı kompleksinin “Ku-Charly” platformasında sualtı qaz boru kəmərində baş verən qəza yanğınla müşahidə edilib. Yanğın dərhal söndürülüb və insan tələfatı və ya yaralanması qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR