Narışkin: "Moskva və Vaşinqton terrorizmə qarşı mübarizədə məlumat mübadiləsini davam etdirir"

 Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin

© APA |  Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin

# 30 iyul 2021 15:31 (UTC +04:00)

Moskva və Vaşinqton terrorizmə qarşı mübarizədə məlumat mübadiləsini davam etdirir.

APA-nın məlumatına görə, bu barədə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS-a müsahibəsində deyib.

"ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə qarşılıqlı əlaqələrə gəlincə, MKİ bizim üçün tərəfdaş bir xidmətdir, ümumi qlobal mövzu olan beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı bir çox mövzuda operativ kəşfiyyat məlumatı mübadiləsi aparırıq. Bu mövzuda mübadilə davam edir, bəlkə də əvvəlki kimi aktiv deyil, amma buna baxmayaraq həqiqətən biz birlikdə işləyirik", -deyə Sergey Narışkin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR