Pentaqon: Əfqanıstandan ortaqlarımızı götürmək üçün çox aqressiv danışıqlar aparacağıq

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi

© APA | ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi

# 31 avqust 2021 02:42 (UTC +04:00)

“Əfqanıstanda qalan amerikalılara diplomatik dəstək davam edəcək”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi Pentaqonda keçirilən brifinqdə deyib.

Əməliyyatın hərbi mərhələsinin başa çatdığını vurğulayan Makkenzi bildirib ki, indi diplomatik danışıqların davamı başlayır: “Düşünürəm ki, Dövlət Departamenti bu istiqamətdə çalışmağa davam edəcək”.

O, amerikalıların bir neçə yüzünün Əfqanıstanda qaldığını diqqətə çatdıraraq bildirib ki, ABŞ onların hamısını təxliyə edə biləcək: “Düşünürəm ki, əfqan ortaqlarımızı da götürmək üçün çox aqressiv danışıqlar aparacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR