Putin və Bayden Rusiya və ABŞ səfirlərinin iş yerlərinə qayıtması ilə bağlı razılığa gəliblər

Vladimir Putin və Co Bayden

© APA | Vladimir Putin və Co Bayden

# 16 iyun 2021 19:58 (UTC +04:00)

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden səfirlərin iş yerlərinə qayıtmaları ilə bağlı razılığa gəliblər.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Vladimir Putin Co Baydenlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

O, amerikalı həmkarı ilə müvafiq olaraq Rusiya səfirinin ABŞ-a, ABŞ səfirinin Rusiyaya qayıtması ilə bağlı razılığa gəldiyini söyləyib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Co Baydenin müsahibəsində Vladimir Putini “qatil” hesab etdiyini bildirməsindən sonra Rusiya Vaşinqtondakı səfiri Anatoli Antonovu geri çağırmışdı. Bunun ardınca isə ABŞ səfiri Con Sallivan da Vaşinqtona geri qayıtmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR