Naxçıvana bu il 180-ə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib

#
# 11:00
30 sentyabr 2020

Aqrar sektorda fəaliyyət göstərən sahibkarların lazımi texnika və avadanlıqlarla vaxtında və güzəştli şərtlərlə təminatı məqsədilə "Naxçıvan Aqroservis" ASC xətti ilə bu ilin yanvar-avqust aylarında muxtar respublikaya 177 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq gətirilib.

Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə bü günədək Naxçıvana gətirilən aqrar texnikanın sayı 2 916 ədəd təşkil edib.

Cari ilin ilk səkkiz ayında əvvəlki illərdə gətirilənlərlə birlikdə 199 ədəd müxtəlif təyinatlı aqrar texnika və avadanlıq lizinq yolu ilə icarəyə verilib, 13 ədədi isə nağd yolla satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR