Azərbaycan üçün dayanıqlı ərzaq sistemlərinin inkişaf prioritetləri təqdim edilib

Azərbaycan üçün dayanıqlı ərzaq sistemlərinin inkişaf prioritetləri təqdim edilib
# 30 iyun 2021 16:34 (UTC +04:00)

Azərbaycan üçün dayanıqlı ərzaq sistemlərinin gələcək inkişaf prioritetləri təqdim edilib və bu mövzu ətrafında müzakirələr aparılıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) “APA-Economics”ə verilən məlumata görə, müzakirələr BMT-nin Ərzaq Sistemləri üzrə Sammiti öncəsində Azərbaycanda keçirilən ikinci milli dialoq görüşündə aparılıb.

Sammit dünya ölkələrinin ərzaq sistemlərini daha güclü və bərabər səviyyəyə gətirərək ərzaq sistemlərində müsbət dəyişikliklərin əldə edilməsini hədəfləyir. Sammiti öncəsində və sonrasında müxtəlif maraqlı tərəfləri bir araya gətirilməsi ilə ölkələrdə Milli Dialoqların keçirilməsi planlaşdırılır.

Azərbaycanda keçirilən ikinci milli dialoq görüşündə müxtəlif maraqlı tərəflər bir araya gələrək ölkənin ərzaq sistemləri, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişaf perspektivləri üzrə məsələlər müzakirə edildi.

İlk görüşdə ümumi müzakirələr aparılarkən budəfəki görüşdə bütün maraqlı tərəflərin iştirakı ilə dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqaməti üzrə dayanıqlı ərzaq sistemlərin, innovativ həllərin tətbiqi müzakirə mövzusu olub.

Milli dialoqların keçirilməsinin əsas məqsədi ərzaq sistemlərinə fərqli yanaşmaları tətbiq etmək, dialoqlarda müxtəlif sahələrdən tərəflərin iştirakı təmin etmək, günün çağırışlarına uyğun inkişaf perspektivlərini müəyyən edən strategiyalar formalaşdırmaq və çox tərəfli həmçinin dayanıqlı ərzaq sistemləri üzrə bəzi konkret mərhələləri müəyyənləşdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR