Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2,3% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2,3% artıb
# 19 may 2021 10:11 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 447,4 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə heyvandarlıq məhsullarının payı 92,8% və ya 1 343,4 mln. manat təşkil edib ki, bu da 2020-ci ilin analoji ayları ilə müqayisədə 2,3% çoxdur.

Bitkiçiliyə gəldikdə, hesabat dövründə 104 mln. manatlıq məhsul istehsal olunub, illik ifadədə 2,6%-lik müsbət dinamika qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR