Azərbaycandan Yaponiyaya qida məhsulları ixrac ediləcək

Taro Savada San

© APA | Taro Savada San

# 04 oktyabr 2021 12:35 (UTC +04:00)

Azərbaycan məhsullarının Yaponiyaya ixracı, həmçinin Yaponiya məhsullarının Azərbaycana idxalı ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

APA Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında TET International Development şirkətinin prezidenti Taro Savada San deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə zəruri tədbirlər görülür.

“Yerli məhsul kateqoriyalarına gəldikdə, buradan Yaponiyaya qida məhsullarının ixracı nəzərdə tutulur ki, onların sırasına fındıq, yağ və digər məhsullar daxildir”, - Taro Savada San qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR