Azərbaycanın aqrar sektora hər il 500 mln. manatdan çox investisiya qoyulur

Mirzə Əliyev

© APA | Mirzə Əliyev

# 15 noyabr 2021 13:07 (UTC +04:00)

Azərbaycanda əsas kapitala yönələn vəsaitlərə nəzər yetirsək, kənd təsərrüfatı sahəsinə son illərdə təxminən illik 500 mln. manatdan çox investisiyalar müşahidə olunur.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda aktiv işçi qüvvəsinin 36%-i kənd təsərrüfatında çalışır və bu cəhətdən ölkədə heç bir problem yoxdur.

Agentliyin sədri onu da qeyd edib ki, bu günə ölkə torpaqlarını 50%-i kənd təsərrüfatına yararlıdır və həmin 50%-in 38%-i əkinə tam yararlı torpaqlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR