Cavad Zərif Livan, Pakistan və Hindistanın XİN rəhbərləri ilə bölgədəki son hadisələri müzakirə edib

Cavad Zərif Livan, Pakistan və Hindistanın XİN rəhbərləri ilə bölgədəki son hadisələri müzakirə edib
# 05 yanvar 2020 20:39 (UTC +04:00)

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif general Qasım Süleymaninin öldürülməsindən sonra livanlı, pakistanlı və hindistanlı həmkarları Cebran Basil, Şah Mahmud Qurei və Subramaniam Cayşankarla telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə İran XİN-in yaydığı məlumatda qeyd olunur.

Nazirliyin rəsmi “Telegram” kanalında yayılan məlumata görə, tərəflər İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsi fonunda son regional və beynəlxalq hadisələri müzakirə ediblər.

Livan və Pakistanın xarici işlər nazirləri generalın ölümü ilə əlaqədar İran hökumətinə və xalqına başsağlığı veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR