Çində “Köçərilər yurdu” filminin "Oskar" qazanmasından yazmaq qadağan edilib

Çində “Köçərilər yurdu” filminin "Oskar" qazanmasından yazmaq qadağan edilib
# 27 aprel 2021 13:36 (UTC +04:00)

Çinin populyar sosial şəbəkələri və axtarış sistemləri istifadəçilərin çinli rejissor Chloe Zhaonun “Köçərilər yurdu” filminin “Oskar” mükafatına layiq görülməsi ilə bağlı post və xəbərlərini silirlər.

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, Çin hakimiyyəti KİV-ə Zhaonun qələbəsi haqqında yazmağı qadağan edib.

Buna səbəb rejissorun daha əvvəl söylədiyi fikirlər olub. Belə ki, o, 2013-cu ildə “Filmmaker” jurnalına müsahibəsində Çində “yalanın əhatəsində” böyüdüyünü vurğulamışdı.

1982-ci ildə anadan olan Chloe Zhao yeniyetmə yaşında Çindən Böyük Britaniyaya köçüb, daha sonra Nyu-York Universitetində təhsil almaq üçün ABŞ-a gəlib.

Onun “Qardaşlarımın mənə öyrətdikləri nəğmələr” adlı ilk filminin təqdimatı 2015-ci ildə Kann festivalında baş tutub.

Rejissorun furqonda yaşayan yoxsul amerikalıların acınacaqlı həyatından bəhs edən “Köçərilər yurdu” filmi isə bir gün əvvəl “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi” və “Ən yaxşı qadın rolu” nominasiyalarında “Oskar”a layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR