Hindistanda son sutkada koronavirusa 14,5 min yoluxma qeydə alınıb

Hindistanda son sutkada koronavirusa 14,5 min yoluxma qeydə alınıb
# 20 iyun 2020 09:17 (UTC +04:00)

Hindistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 14,5 min yoluxma halı qeydə alınıb, 375 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Hindistanda koronavirusa yoluxanların sayı 395 048, xəstəlikdən ölənlərin sayı isə 12 948 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 213 830 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR