Hindistanın keçmiş prezidenti Pranab Mukherci koronavirusdan vəfat edib

Hindistanın keçmiş prezidenti Pranab Mukherci koronavirusdan vəfat edib
# 31 avqust 2020 17:22 (UTC +04:00)

Hindistanın keçmiş prezidenti Pranab Mukherci koronavirusdan vəfat edib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə onu oğlu bildirib.

Avqustun 10-da Mukhercinin yeni növ koronavirusa yoluxduğu bildirilmiş və o, xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun komada olduğunu və süni tənəffüs aparatına qoşulduğunu bildirmişdi.
Qeyd edək ki, Pranab Mukherci 2012-2017-ci illərdə Hindistanın prezidenti olub. O, müxtəlif illərdə hökumət kabinetində Xarici İşlər naziri, Maliyyə naziri postlarında çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR