İran Səhiyyə Nazirliyi koronavirusdan 50 nəfərin ölməsi xəbərini təkzib edib - YENİLƏNİB

İran Səhiyyə Nazirliyi koronavirusdan 50 nəfərin ölməsi xəbərini təkzib edib - YENİLƏNİB
# 24 fevral 2020 14:39 (UTC +04:00)

"Qum şəhərində 50 nəfərin koronavirdan ölməsi ilə bağlı yayılan xəbəri təkzib edirik".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib: "Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəm".

O qeyd edib ki, koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb: "Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir".

Ölən şəxslər Ümumdünya Səhiyyə Təşkilatının protokoluna uyğun dəfn olunacaqlar.

***

13:26

İranın Qum şəhərində koronavirusun yayılmasına görə vəziyyət ürək açan deyil, hökumət virusa nəzarətdə uğurlu addım ata bilmir.

APA-nın Tehran bürosunun İLNA.İR xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin Qum şəhərindən olan millət vəkili Əhməd Əmirabadi Fərahani bu gün parlamentin iclasından sonra bildirib. Onun sözlərinə görə, indiyədək Qum şəhərində koronavirusdan 50 nəfər həyatını itirib: “Şəhəri karantinə almayıblar. Tibb bacılarının karantinə uyğun geyimləri yoxdur. Hökumət xəbərlərin yayılmasında maneə yaradır”.

Koronavirusdan iki azyaşlının da həyatını itirdiyini deyən Ə.Ə.Fərahani bildirib ki, 250 nəfərdən çox şəxs Qum şəhərində karantindədir. “3 həftədir koronavirus Qumda yayılıb, lakin hökumət bu məsələni gec elan edib. Apteklərdə maska çatışmazlığı mövcuddur”.

Qeyd edək ki, İranın Səhiyyə naziri Səid Nəməki İranda koronavirusdan həyatlnı itirənlırin sayının 12 nəfərə çatdığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR