Koronavirusla mübarizə qərargahının protokollarına uyğun olaraq İran parlamenti iki həftəlik tətilə çıxıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Əmirabadi Fərahani deyib.
Onun sözlərinə görə, Tehranda və bir çox şəhərlərdə koronavrius pandemiyasının 4-cü dalğası başladığı üçün gələn həftədən (24 apreldən etibarən) 2 həftə müddətinə parlamentin açıq iclasları keçirilməyəcək və deputatlar öz seçki dairələrinə gedəcəklər.
O bildirib ki, deputatlar öz seçki dairələrində seçicilərlə telefon və internet vasitəsilə görüşlər keçirə bilərlər.