İranda bir gündə koronavirusdan 235 nəfər ölüb

İranda bir gündə koronavirusdan 235 nəfər ölüb
# 05 oktyabr 2020 15:04 (UTC +04:00)

İranda ötən sutka ərzində 235 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 27 192 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3902 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 475674 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 392 293 nəfər koronavirusdan sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR