İranda ötən sutkada 391 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 391 nəfər koronavirusdan ölüb
# 03 may 2021 17:55 (UTC +04:00)

İranda ötən sutka ərzində 391 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilir. 

Qeyd olunub ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 72 875 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 20 731 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 555 587 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR