Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Moskvadan İstanbula gedib

Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Moskvadan İstanbula gedib
# 14 yanvar 2020 16:31 (UTC +04:00)

Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac Moskvadan İstanbula gedib.

APA-nın yerli bürosunun xəbərinə görə, Baş Nazirin İstanbulda bir sıra rəsmi qurumlarda görüşlər keçirəcəyi bildirilir.

Xatırladaq ki, dünən Moskvada Liviya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və Türkiyə arasında “2+2” formatında görüş keçirilib. Görüşə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar da qatılıb.

Liviya Milli Ordusunun (LMO) rəhbəri Haftar Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR