Pakistanda koronavirusdan ölənlərin sayı 200 nəfəri ötüb

Pakistanda koronavirusdan ölənlərin sayı 200 nəfəri ötüb
# 22 aprel 2020 11:42 (UTC +04:00)

Pakistanda son sutkada yeni növ koronavirusdan 17 nəfər ölüb, 533 yeni yoluxma qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə Pakistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların sayı 9759 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 209 nəfərə çatıb.

İndiyə kimi 2156 nəfər xəstəlikdən sağalıb.

Ölkədə ən çox yoluxma Pəncab əyalətində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR