Türkiyə XİN: Liviya münaqişəsinin hərbi həlli yoxdur

Türkiyə XİN: Liviya münaqişəsinin hərbi həlli yoxdur
# 22 iyul 2020 16:03 (UTC +04:00)

Liviyanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə ciddi şəkildə sadiq qaldığımızı bir daha təkrar edirik.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Ankarada səfərdə olan Rusiya nümayəndə heyəti ilə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) ortaq açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu il yanvarın 8-də İstanbulda Rusiya və Türkiyə liderlərinin birgə keçirdikləri görüşdə Liviyada vəziyyəti normallaşdırmaq üçün siyasi danışıqlar yolunun seçilməsi variantı qüvvədədir.

Bildirilib ki, tərəflər Liviyadakı böhranın hərbi yolla deyil, problemin yalnız liviyalıların rəhbərliyi və ev sahibliyi ilə mümkün olduğuna inanır.

Vurğulanıb ki, Liviyada daimi və davamlı atəşkəsə nail olmaq üçün birgə səylər artırılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR