Türkiyədə son sutkada koronavirusdan 57 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 57 nəfər ölüb
# 07 may 2020 20:26 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 57 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 30395 şübhəli koronavirus testindən keçib, onlardan 1977-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3641 nəfər ölüb, 133721 nəfər bu infeksiyaya yoluxub, 82984 nəfəri isə müalicə olunub. Bu gün 4782 xəstə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR