Əfqanıstan paytaxtında partlayışda ölənlərin sayı 85 nəfərə çatıb, 150 nəfər yaralanıb

Əfqanıstan paytaxtında partlayışda ölənlərin sayı 85 nəfərə çatıb, 150 nəfər yaralanıb
# 10 may 2021 14:40 (UTC +04:00)

Şənbə günü Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən partlayış zamanı azı 85 nəfər ölüb, 150 nəfər yaralanıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qızlar məktəbinin qarşısında bir-birinin ardınca üç partlayış baş verib. Ölənlərin əksəriyyətinin şagird olduğu bildirilir.

Hələ ki, partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.

“Taliban” hərəkatı baş verənlərlə əlaqəsinin olmadığını bildirib.

Əfqanıstan Prezidenti Əşrəf Qani isə baş verənləri terror aktı adlandırıb və "Taliban"ı günahlandırıb.

Qeyd edək ki, partlayışda 63 nəfərin həlak olduğu açıqlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR