İsrail-Fələstin toqquşması nəticəsində ölənlərin sayı 220-ni keçib

İsrail-Fələstin toqquşması nəticəsində ölənlərin sayı 220-ni keçib
# 18 may 2021 17:14 (UTC +04:00)

İsrailin Qəzza ilə sərhəd ərazilərinə "Həmas" tərəfindən endirilən raket zərbələri nəticəsində iki mülki şəxs ölüb, bir neçə nəfər yaralanıb.

APA-nın “İ24 News” kanalına istinadən verdiyi xəbərə görə, zərbələr İsrailin Eşkol bölgəsinə endirilib.

İlkin məlumata görə, ölənlər Tailanddan olan İsraildə kənd təsərrüfatı sahəsində çalışan işçilərdir.

İsrail mətbuatının verdiyi məlumata görə, onlar 30 yaşlarındadır. Hücum nəticəsində 10 nəfərin yaralandığı, onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar arasında bir hərbçi də var.

Mayın 10-dan etibarən meydana gələn gərginlik nəticəsində "Həmas"ın raket zərbələri nəticəsində İsraildə 12 nəfər həlak olub. Ölənlər arasında iki uşaq və bir hərbçi var.

İsrailin Qəzzaya endirdiyi raket zərbələri nəticəsində isə ölənlərin sayı 213 nəfərə çatıb. Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi bildirib. Ölənlərdən 61-i uşaq, 36-sı qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR