İstanbulda baş verən partlayışın səbəbi açıqlanıb - YENİLƏNİB

İstanbulda baş verən partlayışın səbəbi açıqlanıb - YENİLƏNİB
# 13 may 2021 00:07 (UTC +04:00)

İstanbulun Pendik rayonunda metro inşaatında baş verən güclü partlayış nəticəsində iki nəfər yüngül xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Pendik İcra Hakimiyyəti hadisənin səbəbini açıqlayıb.

Bildirilib ki, partlayış İstanbul Böyük Şəhər Bələdiyyəsinin balansında olan metro tikintisi zamanı istifadə edilən partlayıcı maddələrin arasında partlamayan maddələr məhv edilərkən baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

***

12 may, saat 21:35

İstanbulun Pendik rayonunda metro inşaatında baş verən güclü partlayış baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, ətrafdakı bəzi obyektlərə, o cümlədən bir xəstəxanaya ciddi ziyan dəyib.

Partlayışın hansı səbəbdən baş verməsi, o cümlədən ölən və yaralanalar barədə açıqlama verilməyib.

Ətraf ərazidə yaşayan sakinlər “Twitter”də partlayış nəticəsində yaşadıqları evlərdə güçlü silkələnmə olduğunu yazıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR