İranda yaşayan ermənilərə qondarma “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşı statusu verilir

İranda yaşayan ermənilərə qondarma “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşı statusu verilir
# 02 sentyabr 2008 08:57 (UTC +04:00)
Tehran-APA. Son dövrlər İranda bu ölkənin vətəndaşı olan ermənilərə qondarma “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşı statusu və bunu təsdiqləyən pasportlar verilir. APA-nın məlumatına görə, digər xarici ölkə vətəndaşları olan ermənilərin bir qisminə də analoji pasportların verilməsinə dair məlumatlar var. Həmçinin son zamanlar erməni diasporu tərəfindən Ermənistan və digər ölkələrdə yaşayan ermənilərin Dağlıq Qarabağa köçürülməsi istiqamətində fəal iş aparmağa başlayıb. Diaspora bunun müqabilində Dağlıq Qarabağda məskunlaşacaq hər bir erməni ailəsinə, eləcə də həmin ailələrdə doğulacaq hər uşağa görə müəyyən miqdarda maliyyə vəsaiti vəd edilir. Ermənilər bununla Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin sayı barədə şişirdilmiş rəqəmlər əsasında saxta hesabatlar hazırlayaraq beynəlxalq təşkilatlara göndərirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR