İran İtaliyaya nota verib

İran İtaliyaya nota verib
# 22 sentyabr 2008 08:06 (UTC +04:00)
Rəsmi Tehran bu bənzətmə ilə əlaqədar İraliya Xarici İşlər Nazirliyinə nota təqdim edib. Notada bildirilir ki, Berluskoninin bəyanatları yüksək mədəniyyətə malik italyan xalqının mövqeyinə yaraşmır: “İran beynəlxalq arenada daha məsuliyyətli mövqe tutaraq bəyan edir ki, bütün xalqlara və mədəniyyətlərə hörmətlə yanaşır”.
İranın İtaliyaya nota verməsi Romada birmənalı qarşılanmayıb. İtaliya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, İran tərəfi Xolokostu, həmçinin İsrail dövlətinin mövcudluğunu şübhə altına alıb və Silvio Berluskoninin sözləri bu kimi bəyanatlara cavabdır. Berluskoninin lideri olduğu “Azadlıq Xalqı” hakim koalisiyasının üzvlərindən Enriko Pyanetta isə bildirib ki, Əhmədinejad Hitlerdən də təhlükəlidir, çünki təkcə bütöv xalqı deyil, həm də İsrail dövlətini məhv etmək istəyir.
Mahmud Əhmədinejad isə İsrail əleyhinə bəyanatları davam etdirib. İran prezidenti bildirib ki, İsrail əlini nüvə düyməsinə basmazdan əvvəl bu təcavüzkarın əlinin sındıracaq: “İran istənilən təcavüzü dayandırmağa qabildir”. Bundan başqa dünən İranda keçirilən hərbi paradda ölkənin əldə etdiyi yeni silah və texnika növləri nümayiş olunub. Paradda “ABŞ-a ölüm!”, “İsrailə ölüm” şüarları səsləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR