Şagirdi ölənə qədər döyən müəllim 6 il azadlıqdan məhrum edilib

Şagirdi ölənə qədər döyən müəllim 6 il azadlıqdan məhrum edilib
# 26 dekabr 2008 08:32 (UTC +04:00)
Qahirə - APA. Misirdə ev tapşırığını yerinə yetirməyən şagirdi ölənə qədər döyən müəllim 6 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, insident bu ilin oktyabrında İsgəndəriyyədəki ibtidai məktəbdə baş verib. Riyaziyyat müəllimi, 23 yaşlı Hatəm Nabil Əbdülhəmid dərs zamanı İslam Əmr Bədr adlı 11 yaşlı şagirdi sinif otağından çıxararaq döyməyə başlayıb. Qabırğaları sınan İ. Ə. Bədr xəstəxanaya aparılıb və orada keçinib. Əbdülhəmid məhkəmədə bildirib ki, şagirdə zərər yetirmək istəməyib, sadəcə, ona nizam-intizamı öyrətməyə çalışıb. Müəllimin vəkili də Misir məktəblərində bu cür cəzalandırma üsullarına icazə verildiyini əsas gətirərək Əbdülhəmidən qanunun pozmadığını deyib. Şagirdin atası Əmr Bədr İbrahim isə bəyan edib ki, bu cür təcrübəsiz müəllimlərin uşaqlara dərs keçməsinə şərait yaradan təhsil naziri də müttəhimlər kürsüsündə əyləşməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR