Çində bina çöküb, beş nəfər ölüb

Çində bina çöküb, beş nəfər ölüb
# 20 iyun 2021 09:37 (UTC +04:00)

Çində yaşayış binası çöküb və nəticədə beş nəfər ölüb.

APA bildirir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Qəza nəticəsində yeddi nəfərin yaralandığı da qeyd olunur.

Məlumata görə, hadisə mərkəzi Hunan əyalətinin Çenjou şəhər dairəsində olan Luan qəsəbəsində baş verib.

Çökən binada 12 sakin olub. Cəsədlər dağıntılar altından çıxarılıb və yaralananlara tibb yardım göstərilib.

Hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir.

Binanın çökmə səbəbi hələ bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR