Çində dağ marafonu zamanı ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB

Çində dağ marafonu zamanı ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
# 23 may 2021 09:05 (UTC +04:00)

Çinin şimal-qərbində Qansu şəhərində keçirilən dağ marafonu zamanı hava şəraitinin kəskin pisləşməsinə görə ölənlərin sayı 21-ə çatıb.

APA bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

Çinli xilasedicilər yarış iştirakçılarının axtarışlarına davam edirlər.

Qeyd edək ki, sözü gedən 100 km-lik kros yarışı şənbə günü səhər Baiyin şəhəri yaxınlığında başlayıb.

Saat 07:19

Çinin şimal-qərbində Qansu şəhərində keçirilən dağ marafon zamanı azı 16 nəfər ölüb, 5 nəfər itkin düşüb.

APA Sinxua agentliyinə istinadən xəbər verir ki, 100 km-lik kros yarışı şənbə günü səhər Baiyin şəhəri yaxınlığında başlayıb.

Yarış zamanı hava şəraitinin kəskin pisləşməsi görmə məhdudiyyətinə səbəb olub. Xilasetmə qrupları şənbə günü Bakı vaxtı ilə 23:00-da 16 nəfərin ölən və itkin düşənlərlə bağlı məlumatı təsdiqləyib. İtkinlərin axtarışı davam edir.

Yarış dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR