Çində gəminin çevrilməsi nəticəsində azı 8 nəfər ölüb

Çində gəminin çevrilməsi nəticəsində azı 8 nəfər ölüb
# 19 sentyabr 2021 07:33 (UTC +04:00)

Çinin cənub-qərbindəki Quyçjou əyalətində Beypanszyan çayında sərnişin gəmisinin çevrilməsi nəticəsində azı 8 nəfər ölüb, daha 7 nəfər itkin düşüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “CGTN” telekanalı məlumat yayıb.

Məlumata görə, 31 nəfər xilas edilib. Axtarış-xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR