Əfqanıstanda naməlum şəxslər 5 “Taliban” üzvünü öldürüb

Əfqanıstanda naməlum şəxslər 5 “Taliban” üzvünü öldürüb
# 20 noyabr 2021 21:32 (UTC +04:00)

Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində naməlum silahlı şəxslər 5 Taliban üzvünü öldürüb.

APA xəbər verir ki, bu barədə RİA Novosti adını açıqlamadığı mənbəyə istinadən məlumat yayıb.

Mənin bildirdiyinə görə, yerli vaxtla günorta saat 3 radələrində (Bakı vaxtı ilə 17.30) iki silahlı şəxs “Corolla” markalı avtomobilə “Taliban” hərakatının üzvlərinə hücum edib.

Hadisə nəticəsində 5 talibançı ölüb.

Silahlılar hadisə yerindən qaçıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR