Fətullah Gülənin qardaşı oğlu xaricdə tutularaq Türkiyəyə gətirilib

Səlahəddin Gülən

© APA | Səlahəddin Gülən

# 31 may 2021 12:14 (UTC +04:00)

“Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən xaricdə tutularaq Türkiyəyə gətirilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, S. Gülən Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən keçirilən əməliyyat nəticəsində tutulub.

O, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR