Fici sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb

Fici sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb
# 03 iyul 2021 07:29 (UTC +04:00)

Fici adaları yaxınlığında 6,1 bal gücündə zəlzələbaş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 77,3 min nəfər əhalisi olan Ficinin paytaxtından 470 km cənub-şərqdə, ocağı isə 605,6 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra sunami təhlükəsi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR