Hindistanda son sutkada COVID-19-a 326 098 yoluxma qeydə alınıb

COVID-19

© APA | COVID-19

# 15 may 2021 10:36 (UTC +04:00)

Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 326 098 yoluxma halı qeydə alınıb.

APA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 24 milyon nəfəri ötüb.

Son 24 saat ərzində 3890 nəfər koronavirusdan ölüb və bununla da Hindistanda indiyədək infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 266 207 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR