Hindistanda yol qəzasında 17 nəfər ölüb

Hindistanda yol qəzasında 17 nəfər ölüb
# 09 iyun 2021 10:14 (UTC +04:00)

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında avtobusla yük avtomobilinin toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə dünən axşam saatlarında baş verib.

Yaralıların sayı beş nəfərdir.

Hindistanın Baş naziri Narendra Modi ölənlərin yaxınlarına başsağlığı verib və lazımlı dəstək göstəriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR