İndoneziyada sərnişin gəmisinin batması nəticəsində 6 nəfər ölüb, 7 nəfər itkin düşüb

İndoneziyada sərnişin gəmisinin batması nəticəsində 6 nəfər ölüb, 7 nəfər itkin düşüb
# 29 iyun 2021 22:18 (UTC +04:00)

İndoneziyanın Bali adası yaxınlığında sərnişin gəmisi batıb.

APA “Sinxua” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər boğularaq ölüb.

“KMP Yunice” gəmisinin göyərtəsində 41 sərnişin və 15 ekipaj üzvünün olduğu bildirilir.

Hazırda sərnişinlərin evakuasiyası davam edir.

Ölənlərdən üçü kişi, üçü qadındır.

“Associated Press”in yaydığı xəbərə görə, hadisə nəticəsində yeddi nəfər itkin düşüb. Axtarış-xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR