İran prezidenti Suriya XİN rəhbərini qəbul edib

İbrahim Rəisi

© APA | İbrahim Rəisi

# 06 dekabr 2021 14:12 (UTC +04:00)

İran prezidenti İbrahim Rəisi bu gün Suriya xarici işlər naziri Feysəl Miqdadı qəbul edib.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə F.Miqdad prezident Bəşər Əsədin xüsusi mesajını İ.Rəisiyə çatdırıb.

Görüşdə İran və Suriya arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinə dair danışıqlar aparılıb.

İran prezidenti bu gün həmçinin BƏƏ-nin Milli Təhlükəsizlik müşaviri Şeyx Tahnoun bin Zayedi qəbul edib. Görüşdə iki tərəfli əlaqələrin inkişafı və regionda baş verən son proseslər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR