İran XİN: ABŞ sanksiyaları çarəsizlikdən tətbiq edir, heç bir legitimliyi yoxdur

İran XİN: ABŞ sanksiyaları çarəsizlikdən tətbiq edir, heç bir legitimliyi yoxdur
# 19 noyabr 2021 11:47 (UTC +04:00)

“ABŞ-ın yeni sanksiyaları legitim deyil”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

O bildirib ki, ABŞ-ın yeni sanksiyalar tətbiq etmək cəhdi Tramp hökumətinin uğursuz maksimum təzyiq siyasətinin davamıdır: "Bu kimi addımlar çarəsizlikdən atılır və heç bir legitimliyi yoxdur".

S.Xətibzadə deyib ki, ABŞ ictimai rəyi aldatmaq üçün belə əsassız addımlar atır: "ABŞ özü müxtəlif ölkələrin daxili işinə müdaxilə etmək məsələsində çox qədim keçmişə malikdir. Altı İran vətəndaşına qarşı ABŞ-da seçkilərə müdaxilə ittihamı ilə bağlı sanksiya tətbiq edilməsi çarəsizlikdən atılır və heç bir legitimliyi yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR