İranda daha 185 nəfər COVID-19-dan ölüb

İranda daha 185 nəfər COVID-19-dan ölüb
# 08 oktyabr 2021 14:58 (UTC +04:00)

İranda ötən sutka ərzində 185 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 122 197 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 9 897 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə COVID-19-a yoluxanların sayı 5 683 980 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR